“Azərişıq” ASC Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində (Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir - İF) yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və kompleks tranasformator məntəqəsinin quraşdırılması işlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” adövlət satınalamarı portalına istinadən xəbər verir ki, “Azərişıq” qeyd olunan işlərin icrası üçün “19 saylı Tikinti Təmir İdarəsi”MMC-ni cəlb edib.
Müqavilənin dəyəri – 1 milyon 996 min 58 manatdır.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova