Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilib.
“Cümə günü Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər”, - Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.
“Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk. Ümidvaram ki, bu gün təməlini qoyduğumuz bu teatrın peşəkar yaradıcı kollektivi burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisi şəhərinin mədəni həyatında fəal rol oynayacaq. Bu isə, öz növbəsində, Azərbaycan-Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək”, - məlumatda Əsədovun çıxışından sitat gətirilir. **
B.Rüstəmbəyov