2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Azərsu” ASC-nin abunəçilərinin sayı 4,7% - 1 oktyabr 2023-cü il tarixinə 1 milyon 813,531 minə qədər artıb. Bu barədə ASC-dən məlumat verilir.
“Azərsu”nun məlumatına görə, onların 1 milyon 741,155 mini (artım 4,6%) və ya 96%-ni əhali, 72,376 mini (artım 6,7%) və ya 4%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
1 oktyabr 2023-cü il tarixinə əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3%, qeyri-əhali qrupu üzrə isə 96,5% təşkil edir.
Ümumilikdə, “Azərsu”nun abonentlərinin 89,5%-i sayğacla təmin olunub. **
B.Rüstəmbəyov