Aazaxıstan Xəzəryanı bölgədən Azərbaycana təmiz elektrik enerjisi tədarükünü imkanını nəzərdən keçirir. Bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bəyan edib.
“İnterfaks-Azərbaycan” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, nazir qeyd edib ki, bu layihə Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.
Satkaliyev əlavə edib ki, artıq layihənin Azərbaycan tərəfi ilə ilkin müzakirələri başlayıb və belə bir addım həmçinin Qazaxıstanı Cənubi Qafqaz ölkələrinin enerji sistemi ilə birləşdirməyə imkan verəcək.
«Enerji sahəsində bu əməkdaşlıq regional enerji inteqrasiyasının möhkəmləndirilməsinə və enerji resurslarının birgə inkişafına kömək edir», - nazir qeyd edib.
Daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunmuş məqaləsində yazıb ki, hazırda Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracının təşkili təşəbbüsü qiymətləndirilir.
Bu təşəbbüsün təfərrüatları barədə nazir məlumat verməyib, lakin söhbətin «yaşıl» enerjidən getdiyini qeyd edib. **
N.Abbasova