Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən «İpək yolu» beynəlxalq forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovla üçtərəfli görüşü barədə məlumat verib.
"Dünən Ermənistan və Azərbaycanın baş nazirləri ilə vacib üçtərəfli görüş keçirdik. Gürcüstan hər iki ölkənin neytral və obyektiv vasitəçisi və dostu kimi bölgəmizdə uzunmüddətli sülhün qurulmasında son dərəcə maraqlıdır", - Qaribaşvili cümə günü jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında aparılan danışıqlarda vasitəçi kimi iştirakı davam etdirməyə hazırdır. **