İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının Qəzza zolağı ilə bağlı qəbul etdiyi qətnaməni tənqid edib.
«Bu, BMT və bəşəriyyət üçün qara gündür», - diplomat bildirib. Israil mətbuatının məlumatına görə, Erdan ölkəsinin Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatına qarşı mübarizə aparmaq üçün «bütün vəsaitlərdən istifadə edəcəyinə» söz verib.
Fələstin Milli Administrasiyası, əksinə, qətnamənin qəbul edilməsini alqışlayaraq qeyd edib ki, söhbət «İsrailin düşüncəsiz təcavüzünü pisləyən qətiyyətli beynəlxalq reaksiyadan» gedir. **