Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İsrailə Qəzza zolağına qarşı əməliyyatı dayandırmağa çağırış edib.
«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gecə əməliyyatları aktivləşdirən İsraili Qəzzaya davam edən hücumları dayandırmağa və çılğınlıq vəziyyətindən çıxmağa çağırıb», - “Anadolu” agentliyi xəbər verir.
«Qadınlar, uşaqlar, günahsız dinc sakinlər İsrailin getdikcə artan, fəal bombardmanlarının altına düşürlər, humanitar böhran dərinləşir», - Türkiyə prezidenti qeyd edib.
O, həmçinin Türkiyə vətəndaşlarını şənbə günü Atatürk adına İstanbul hava limanında keçiriləcək fələstinlilərin müdafiəsi ilə bağlı mitinqə gəlməyə çağırıb. Ərdoğanın aksiyada çıxışı gözlənilir. **