Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın Karaqanda vilayətində baş vermiş yanğınla əlaqədar prezident Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.
“Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”, - dövlət başçısının məktyubunda deyilir. **
V.Əliyev