Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Qərb ölkələrini Yaxın Şərqdəki böhranın əsas səbəbkarı adlandırıb.
O, şənbə günü İstanbulda fələstinlilərə dəstək mitinqində İsraili Qəzza zolağında «hərbi cinayətlərdə» ittiham edib və əlavə edib ki, Qərb ölkələri «Qəzzanın günahsız sakinlərinin öldürülməsini qanuniləşdirmək üçün siyasətçiləri, medianı səfərbər edir». Eyni zamanda, Ərdoğan İsrailin zərurət yaranacağı halda qurban veriləcək «piyada» olduğunu bildirib. «Anadolu» agentliyi Türkiyə prezidentinin sözlərindən sitat gətirir. **