Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki səhifəsində Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cümhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət – iki dövlət”, – XİN başçısı yazıb. **
V.Əliyev