İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumu barədə ona əvvəlcədən xəbərdarlıq edildiyi iddialarını təkzib edib. Bu barədə siyasətçinin sosial şəbəkələrdəki səhifəsində məlumat verilir.
«Yalan iddialarının əksinə olaraq: HƏMAS tərəfindən hərbi niyyətlər barədə heç bir şəraitdə və heç bir mərhələdə baş nazir Netanyahuya xəbərdarlıq edilməyib», - Netanyahunun sosial şəbəkələrdəki səhifəsində qeyd edilib.
Bəyanatda bildirilir ki, bu məsələ ilə bağlı məsuliyyət daşıyan bütün İsrail rəsmiləri, o cümlədən Milli Təhlükəsizlik Şurasının rəhbəri və Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri HƏMAS-ın təmkinli olduğunu və münaqişənin həllinə müraciət etdiyini iddia ediblər. **