Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. **
V.Əliyev