Mahaçqala hava limanı perrona naməlum şəxslərin icazəsiz girişi ilə əlaqədar müvəqqəti bağlanıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Teleqram kanalı məlumat verib.
"Tədbirlər vəziyyət normallaşana qədər qüvvədədir. Hüquq-mühafizə orqanları yerində işləyir", - məlumatda bildirilir.
Agentlikdən bildirilir ki, Mahaçqalaya eniş etməli olan təyyarələr ehtiyat aerodromlara yönləndirilib. **