Mahaçqala hava limanı ərazisində icazəsiz aksiyaların keçirilməsinə çağırışlardan sonra kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açılıb. Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Başİdarəsinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediləcək. Həmçinin, iğtişaşlara və millətlərarası ədavətin alovlanmasına təhrik edən şəxslər də cinayət məsuliyyətinə cəlb ediləcək.
Müstəntiqlər tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə cinayət işi açılıb.
«İğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək, çünki hava limanında və ona yaxın ərazilərdə video nəzarət sistemi fəaliyyət göstərir», - məlumatda deyilir. **