ABŞ dövlət katibi Antoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsini və İsveçin NATO-ya üzvlüyü perspektivlərini müzakirə ediblər. Bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Tərəflər İsrail-HƏMAS münaqişəsinin yayılmasının qarşısının alınması, girovların azad edilməsinin təmin edilməsi və humanitar yardımın səfərbər edilməsi üçün regional liderlərlə qarşılıqlı əlaqənin vacibliyini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Blinken və Fidan İsveçin NATO-ya üzvlüyü prosesində irəliləyişi də müzakirə ediblər.*