Azərbaycan 2023-cü ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Orlov vilayətindən 3 min tona yaxın kartof idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən xəbər verir.
“2023-cü ilin sentyabr-oktyabr aylarında “Rosselxoznadzor”un Orlov və Kursk vilayətləri üzrə İdarəsinin vəzifəli şəxsləri tərəfindən Orlov vilayətindən Azərbaycana 2977 ton (148 partiya) ərzaqlıq kartofun göndərilməsinə nəzarət həyata keçirilib (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 7,4 dəfə - İF). Göndərilən məhsulların istehsalçıları regionun fermer təsərrüfatlarıdır”, - deyə məlumatda qeyd olunur.
Sözügedən məhsul Azərbaycanın fitosanitar tələblərinə cavab verib.*
X.Nəsirzadə