Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
“Görüş zamanı cari ilin 9 ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işləri və bu sahənin maliyyə sistemindəki rolunu müzakirə etdik”, - deyə Kazımov “X” hesabında yazıb.
“İnterfaks-Azərbaycan” agentliyi qeyd edir ki, görüşdə, həmçinin ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə