Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Qusar və Zərdab rayonlarında orta məktəblərin tikintisinə “Progress Construction Group” MMC-ni və “İnşaat Servis-X” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid elektron portalına istinadən bildirir ki, “Progress Construction Group” MMC ilə Qusar rayonu, Kuzunqışlaq kənd 220 şagird yerlik tam orta məktəbin tikintisi haqqında 3 milyon 326,562 min manat məbləğində müqavilə bağlanıb.
“İnşaat Servis-X” MMC ilə bağlanmış 3 milyon 792,069 min manat məbləğində müqavilə Zərdab rayonu, Dəliquşçu kənd 264 şagird yerlik tam orta məktəbin tikintisini nəzərdə tutur. İşlərin yerinə yetirilmə müddəti 15 aydır.*
X.Nəsirzadə