Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov