Oktyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
“BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində Bayramov yüksək səviyyəli görüşlər keçirməyi planlaşdırır”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.*
X.Nəsirzadə