Azərbaycan sülh gündəliyinə sadiqdir və sülh müqaviləsinin imzalanması istiqamətində Ermənistanın addım atmasını gözləyir. Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.
“Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”, - deyə Məmmədov əlavə edib.*
N.Abbasova