Böyük Qayıdış proqramının birinci mərhələsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzura 3188 nəfər qayıdıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 5,5 minə yaxın insanın köçürülməsi planlaşdırılır.
Əliyevin sözlərinə görə, Böyük Qayıdış proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda ən azı 140 min nəfər yaşayacaq.*
B.Rüstəmbəyov