İran hakimiyyəti Fələstinin HƏMAS qruplaşmasından İsrail vətəndaşlığı olmayan girovları azad etməyə hazır olduqlarına dair zəmanət aldığını təsdiqləyib. EFE agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib.
O qeyd edib ki, Qəzza zolağının İsrail tərəfindən bombalanması hələ ki bu əməliyyatın həyata keçirilməsinə imkan vermir.
Kənaninin sözlərinə görə, bir neçə ölkə Tehrandan Qəzza zolağında qruplaşma tərəfindən girov götürülən xarici vətəndaşların azad edilməsinə nail olmaq üçün HƏMAS-la danışıqlar aparmağı xahiş edib.*