Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın dövlət katibinin Parlament üzrə müavini, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Malkolm Offordla görüşüb.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən 2023-cü ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.
“Hökumətlərarası Komissiyanın 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər bərpa olunan enerji sahəsinin inkişafı və enerji keçidi üzrə Azərbaycanın siyasəti ilə bağlı fikir mübadiləsi aparıblar.*
B.Rüstəmbəyov