ABŞ-ın hakim elitaları və onların satellitləri dünyadakı qeyri-sabitliyin əsas benefisiarlarıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Dağıstandakı vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.
“Biz Yaxın Şərq xalqlarının faciəsinin arxasında əslində kimin dayandığını, ölümcül xaosu kimin təşkil etdiyini, bundan kimin faydalandığını aydın şəkildə anlamalıyıq. Fikrimcə, bu, artıq hamı üçün aydın və başa düşüləndir. Sifarişçilər açıq şəkildə və həyasızcasına hərəkət edirlər. Məhz ABŞ-ın hakim elitaları və onların satellitləri dünyadakı qeyri-sabitliyin əsas benefisiarlarıdır”, - deyə Putin bildirib.*