ABŞ Rusiyanı daxildən parçalamaq, zəiflətmək və nifaq salmaq istəyir. Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Dağıstandakı vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.
“Məhz onlar (ABŞ - İF) hər yerdə öz hərbi bazalarını yerləşdirirlər. Səbəbli və ya səbəbsiz daim hərbi gücdən istifadə edirlər. Münaqişə zonalarına silah göndərirlər. Onlar Ukraynaya və Yaxın Şərqə də maliyyə vəsaiti göndərirlər. Elə həmin Ukrayna və Yaxın Şərqdə nifrəti qızışdırırlar. Döyüş meydanında nəticə əldə bilməyərək bizi parçalamaq - Rusiyaya gəldikdə, zəiflətmək və nifaq salmaq istəyirlər”, - deyə Putin bildirib.*