İqtisadi Zonaların İnkişafı Agentliyi(İZİA) Ağdam (Qarabağ iqtisadi rayonu) və "Araz Vadisi İqtisadi Zonası" (Şərqi Zəngəzur iqtisadi rayonu) Sənaye Parklarının dəmir yolu infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin (LSS) hazırlanmasına 310 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, «Everest Tikinti Layihə» şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 310,08 min maatdır.
İşlərin icra müddəti – 5 aydır. **
B.Rüstəmbəyov