2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 451,1 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət şirkətləri arasında “Azərenerji” ASC ($329,7 milyon), özəl şirkətlər arasında isə fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($85,4 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($271,8 milyon), “SOCAR Polymer” MMC ($231,6 milyon), “Azəralüminium” MMC ($98 milyon), “AzerGold” QSC ($72,1 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($17,7 milyon), “Azərbaycan Hava Yolları” QSC ($16,8 milyon), “Azərbaycan Dəmir Yolları” ($1,2 milyon), “Azəripək” MMC ($1,3 milyon), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ($0,7 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə fiziki şəxs “MKT İstehsalat Kommersiya” MMC ($66,2 milyon), “Baku Steel Company” MMC ($57,4 milyon), Azerbaijan International Mining Company ($46,5 milyon), “Best Logistik” MMC ($34 milyon), “STP Global Cable” MMC ($30,2 milyon), “P-Aqro” MMC ($28,7 milyon), “My Fruit” MMC ($22,1 milyon), “Almeyvə” MMC ($19,8 milyon) və “Meqa Fruit Az” MMC ($19,9 milyon) daxildir.
Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında $2,4 milyard məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 10,6%) ixrac edib.**
N.Abbasova