Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-avust aylarında Azərbaycandan neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% - 14,283 milyon tona qədər artırıb.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 8,454 milyard avro (ildən ilə azalma 15,7%) təşkil edib.
2023-cü ilin avqust ayında Aİ ölkələri Azərbaycandan 926,709 milyon avro dəyərində (azalma 24,1%) 1,537 milyon ton neft (ildən ilə artım 7,9%) idxal edib.
Yanvar-avqust aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin beşliyinə İtaliya (4,555 milyard avro dəyərində (azalma 9,2%) 7,772 milyon ton (artım 19,5%), Çexiya (753,828 milyon avro dəyərində (azalma 6,2%) 1,248 milyon ton (artım 20,5%), İspaniya (760,256 milyon avro dəyərində (artım 47,5%) 1,241 milyon ton (artım 1,8 dəfə), Xorvatiya (523,651 milyon avro dəyərində (azalma 2 dəfə) 898,142 min ton (azalma 26,7%) və Almaniya (360,153 milyon avro dəyərində (azalma 2,9 dəfə) 618,571 min ton (azalma 2,2 dəfə) daxil olub.
Avqust ayında Azərbaycan neftinin ən iri idxalçılarının beşliyində İtaliya (553,571 milyon avro dəyərində (artım 30,7%) 904,453 ton (artım 1,9 dəfə), Xorvatiya (158,821 milyon avro dəyərində (azalma 1,8 dəfə) 259,532 min ton (azalma 23,4%), Çexiya (86,655 milyon avro dəyərində (azalma 14,2%) 150,623 min ton (artım 42,1%), Rumıniya (68,452 milyon avro dəyərində (artım 2,9 dəfə) 115,623 min ton (artım 4,7 dəfə), Almaniya (60,209 milyon avro dəyərində (artım 3,8 dəfə) 106,731 min ton (artım 5,3 dəfə) yer alıb.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 128,576 milyon avro dəyərində (artım 1,7 dəfə və ya 66,9%) 19 milyon 770,297 min ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.**
R.Kərimov