Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti PHŞ xidməti istifadə üçün 3 ədəd müvəqqəti yaşayış şəhərciklərinin salınmasına 3,7 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, PHŞ bu işlərin icrası məqsədilə "Ricon" MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 3 milyon 714,856 min manat təşkil edir.
Şərtlərə görə, müvəqqəti yaşayış şəhərcikləri 60 bank günü ərzində salınmalıdır. **
B.Rüstəmbəyov