Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan şəhəri 1 min şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin (LSS) hazırlanmasına dair podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Şirkətlərdən tender təklifləri 30 noyabr 2023-cü il saat 18:00-dək qəbul olunur.
Zərflərin açılış tarixi 1 dekabr 2023 saat 11:00-da baş tutacaq.
Əlaqələndirici şəxs - Elnur Qasımov, əlaqə telefonu: (99450) 572-42-73;
Email:nmrtehsil2023@gmail.com
Tenderin şərtlərinə görə, qalib şirkət LSS-i 60 gün ərzində hazırlamalıdır. **
X.Nəsirzadə