Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsi bu sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilir.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyev 2021-ci il iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar təşkil edib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin 2023-cü il 10 fevral tarixli sərəncamına əsasən,dövlət mülkiyyətinə aid 635,1 hektar hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib. **
N.Abbasova