Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti arasında “Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş” imzalanıb.
“İnterfaks-Azərbaycan” DGK-yə istinadən xəbər verir ki, saziş Moskva şəhərində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdovarasında görüş zamanı imzalanıb.
Həmçinin görüşdə tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, “sadələşdirilmiş gömrük dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparıblar.
O cümlədən, iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə edilib. **
B.Rüstəmbəyov