İsrailin Müdafiə Ordusu (İMO) Qəzza zolağının şimalında HƏMAS qruplaşması tərəfindən möhkəmləndirilmiş bölgəni nəzarətə götürüb. Bu barədə «The Times of Israel» çərşənbə axşamı xəbər verir.
İMO-dan məlumat verilib ki, 84-cü piyada briqadası “Givati”nin başçılığı ilə piyada qoşun və tankları Cebaliyanın qərb hissəsində bu məntəqəni tutublar: öncə bu məntəqədən HƏMAS-ın «Cebaliya» batalyonu istifadə edirdi. Burada tunellər, raket atışı mövqeləri, silah anbarları olub.
Əraziyə nəzarət ələ keçirildikdən sonra hərbçilər tunellərin girişlərini partladıblar, silahları məhv ediblər, həmçinin kəşfiyyat məlumatları toplayıblar.
İMO-nun məlumatına görə, ümumilikdə Qəzza zolağında HƏMAS-ın 50 üzvü zərərsizləşdirilib.
Cebaliya bölgəsində endirilən zərbə yeraltı tunellərin çökməsinə gətirib, bu səbəbdən qonşu tikililər çöküb.
Öz növbəsində, Fələstin tərəfi bu zərbə nəticəsində ən azı 50 nəfərin öldüyü barədə məlumat verir. Fələstin Səhiyyə Nazirliyinin versiyasına əsasən, zərbə qaçqın düşərgəsinə endirilib. **