ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də yenidən İsrailə səfər edəcək. Bu barədə CNN telekanalı ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerə istinadən məlumat yayıb.
“Dövlət katibi Blinken hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə səfər etmək niyyətindədir”, - deyə Miller jurnalistlərə bildirib.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bu yana Blinken Yaxın Şərqə səfəri çərçivəsində artıq iki dəfə İsraildə olub.*