İslam ölkələri İsrailə neft və ərzaq məhsullarının tədarükünü dayandırmalıdır. Bunu İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei deyib.
“İslam ölkələri İsrailə neft və ərzaq məhsullarının ixrac yollarını bağlamalıdır”, - deyə İran mətbuatı Xamaneiyə istinadən bildirir.
Onun sözlərinə görə, İslam dünyası İsraillə iqtisadi əməkdaşlığa son qoymalıdır.
Xamanei, həmçinin qeyd edib ki, Qəzzanın bombalanması dərhal dayandırılmalıdır.*