Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 86,18 min ton karbamid idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 2,8 dəfə - 33,31 milyon avroya qədər artıb.
Yanvar-avqust aylarında karbamid idxalçılarının ilk beşliyində Rumıniya (20,76 milyon avro dəyərində (artım 1,7 dəfə) 56,285 min ton (artım 2,9 dəfə), İtaliya 7,835 milyon avro dəyərində 19,44 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Yunanıstan 2,818 milyon avro dəyərində 5,5 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Sloveniya (1,811 milyon avro dəyərində 4,753 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) və Polşa (0,071 milyon avro dəyərində 0,18 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) yer alıb.
2022-ci ildə Aİ ölkələri Azərbaycandan 53,784 milyon avro dəyərində (artım 74,2%) 78,651 min ton karbamid (2021-ci illə müqayisədə artım 31,9%) idxal edib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR Carbamide Plant məşğul olur.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır. Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.*
R.Kərimov