Radikal HƏMAS hərəkatı ilə müharibə uzun çəkə bilər, lakin İsrail bu müharibədə qələbə qazanana qədər dayanmayacaq. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz ağır müharibə aparırıq. Bu, uzun çəkən müharibə olacaq. (...) İsrail vətəndaşları, sizə söz verirəm: biz işi axıra çatdıracaq, qələbə qazanana qədər mübarizə aparacağıq”, - deyə o vurğulayıb.*