Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) noyabrın 2-dən uçot dərəcəsinin 9%-dən 8.5%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.
AMB-nin məlumatında deyilir ki, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
Bundan əvvəl AMB uçot dərəcəsini ardıcıl üç dəfə dəyişməz saxlamışdı.
Mərkəzi Bank gələn dəfə uçot dərəcəsi ilə bağlı məsələni dekabr ayının 20-də müzakirə edəcək.*
R.Əhmədov