2023-cü ilin 10 ayı ərzində Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları 16.8% artaraq $10.5 milyarda çatıb.
“2023-cü ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi $1 milyard 247,9 milyon (oktyabrda $681,9 milyon – İF) təşkil etməklə alışyönlü olub”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilir.
AMB qeyd edir ki, bu vəziyyət bankın valyuta ehtiyatlarının artmasına səbəb olub. “Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya $1.5 milyard artaraq $10.5 milyarda çatıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən qeyd edir.
Xəbər verildiyi kimi, AMB 2022-ci ildə valyuta bazarına müdaxilələr çərçivəsində $2 milyard 48 milyon alıb ki, bu da 2021-ci illə müqayisədə 8,3 dəfə çoxdur.
2022-ci ildə AMB-nin valyuta ehtiyatları 27,1% artıb.*
A.Əzizov