Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiyanın 4.3% təşkil edəcəyini, 2026-cı ilədək isə 3.4%-ə qədər azalacağını proqnozlaşdırır.
“2023-cü ilin sentyabrında illik inflyasiya 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. Bizim qiymətləndirmələrimizə görə, inflyasiya tempinin azalmasına təsir edən tendensiyalar güclənəcək. Nəticədə 2023-cü ilin sonuna inflyasiya (illik) 4.3% təşkil edəcək”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilir.
Mərkəzi Bank vurğulayır ki, proqnozlara görə, illik inflyasiya 2024-cü ildə 5.3%, 2025-ci ildə isə 3.4% olacaq.
“Bizim oktyabr proqnozlarımıza görə, Azərbaycanda illik inflyasiya ortamüddətli dövrdə hədəf diapazonunda (4±2%) olacaq”, - deyə AMB qeyd edir.
2022-ci ilin sonuna Azərbaycanda illik inflyasiya 14,4% təşkil edib.*
A.Əzizov