Noyabrın 1-də Mərkəzi Bankda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələr missiyası ilə görüş keçirilib.
“Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, pul siyasəti, inflyasiya gözləntiləri, maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə AMB-nin sosial şəbəkədəki məlumatında bildirilir.
Görüş zamanı, həmçinin Mərkəzi Bank və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov