Mərkəzi Bankın (AMB) qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM 1,5% artacaq. Bunu AMB sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, AMB-nin qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM 3,5%, 2025-ci ildə 4% artacaq.
Kazımov vurğulayıb ki, cari ildə qeyri-neft sektorunda ÜDM artımı 3%, 2024-cü ildə 6%, 2025-ci ildə isə 5,5% səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, cari ildə ÜDM 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% artacaq.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
X.Nəsirzadə