Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $10 milyard səviyyəsində gözləyir.
“2023-cü ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $10 milyard, bir barel neftin orta qiyməti $84 səviyyəsində gözlənilir”, - deyə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, 2023-cü ilin birinci yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən $5,2 milyard və ya ÜDM-in 14,5%-ni, bir barel neftin orta qiyməti $80,6 təşkil edib.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neft və qaz qiymətlərinin yüksək olması fonunda $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricisi ilə müqayisədə +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.*
X.Nəsirzadə