2024-cü ildə bir barel neftin qiyməti $80 olduqda Azərbaycanın dövlət büdcəsinin əlavə neft-qaz gəlirləri 845,9 milyon manat təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin baza ssenarisinə əsasən, bir barel neftin qiyməti $60 olduqda 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin əlavə neft-qaz gəlirləri 16 milyard 756 milyon manat təşkil edəcək.
Əgər gələn il bir barel neftin orta qiyməti $70 səviyyəsində olarsa, dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 179,7 milyon manat təşkil edəcək. Yəni, əlavə neft-qaz gəlirləri 423,7 milyon manat olacaq.
Əgər 2024-cü ildə bir barel neftin orta qiyməti $80 səviyyəsində olarsa, dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 601,9 milyon manat təşkil edəcək. Yəni, əlavə gəlirləri 845,9 milyon manat olacaq.
Maliyyə Nazirliyinin hesablamalarına əsasən, əgər neftin qiyməti $400-dək ucuzlaşsa, o zaman dövlət büdcəsi 847,4 milyon manat itirəcək.
Nazirliyin məlumatına əsasən, 2022-ci ildə dövlət büdcəsinin faktiki neft-qaz gəlirləri 15 milyard 329,6 milyon manat təşkil edb.
2023-cü ildə dövlər büdcəsinin neft-qaz gəlirləri 17 milyard 739,7 milyon manat səviyyəsində gözlənilir. **
A.Əzizov