2023-cü ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş hüquqi şəxslərin borcları 21 milyard 309,2 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, bu borcun 52,5%-i xarici valyutada ($6 milyard 574,9 milyon), 47,5%-i - milli valyutada (10.131,8 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin 1 sentyabr tarixinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun qalığı 30,4 milyon manat və $430 milyon (761,4 milyon manat) təşkil edib. **
R.Əhmədov