2023-cü il oktyabrın 31-nə Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları $10 milyard 58,1 milyon təşkil edir. Bu barədə AMB-nin saytında qeyd olunur.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına görə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində AMB-nin valyuta ehtiyatları 16,8% artıb.
Həmçinin, oktyabrda AMB-nin valyuta ehtiyatları 7,5% və ya $732,8 milyon artıb.
Son dəfə AMB-nin valyuta ehtiyatları 2025-ci ildə fevral ayında $10 milyardı ötüb – fevralın 28-nə $11 milyard 4,4 milyon təşkil edib.
2022-ci ildə AMB-nin valyuta ehtiyatları 27,1% artıb.**
R.Əhmədov