Azərbaycan hökuməti 2024-cü ildə spirtli içki və tütün istehsalına tətbiq edilən aksiz dərəcələri artırmı planlaşdırır.
“İnterfaks-Azərbaycan” Maliyyə Naziriyinə istinadən məlumat verir ki, planlara görə, xüsusilə tütündən hazırlanan siqaretin qiyməti hər 1 min ədədinə görə 45,5 manat (hazırda 38,5 manatdır), yəni artım 18,2% təşkil edəcək.
Bundan başqa, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, içməli spirt, konyak və konyak materiallarının qiyməti hər litrinə görə 4 manatdan 4,8 manatadək artırılacaq (artım 20%).
Maliyyə Naziriyindən əlavə olunub ki, 2024-cü ildə Azərbaycanda konyak istehsalı 2023-cü illə müqayisədə 153,5 min dal, pivə istehsalı – 135,7 min dal artırılacaq. **
R.Əhmədov