“Azərişıq” ASC0.4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən tək xətt üzrə elektrik axını olan elektron cihazların tədarükçüsünü seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
İştirak haqqı 1500 manatdır.
İddiaçı son 3 ildə oxşar işlə bağlı yerinə yetirilmiş ən azı 5 milyon manatlıq müqavilə haqqında məlumat təqdim etməlidir.
İddiaçılar öz tender təkliflərini 19 dekabr saat 15:00-dək təqim etməlidir. Tender proseduru 20 dekabr saat 15:00-da baş tutacaq.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova