2025-ci ildə Azərbaycanda əmtəəlik qaz hasilatı pik həddə çataraq 36 milyard kubmetr təşkil edəcək. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Əmtəəlik qaza gəlincə, 2025-ci ildə onun hasilatı pik həddə çataraq 36 milyard kubmetr təşkil edəcək”, - Cabbarov cümə axşamı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
2022-ci ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr, 2023-cü ilin yanvar-sentyabr aylarında – 26 milyard 868,8 milyon kubetr təşkil edib.
Cabbarov vurğulayıb ki, ortamüddətli dövrdə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə neft hasilatının azalması müşahidə olunacaq.
“Nəticədə, neft-qaz sektoru üzrə ÜDM-in 2024-cü ildə1,7% səviyyəsində, 2025-2026-cı illərədə - hər birincə 1,8% azalacağı proqnozlaşdırılır", - nazir əlavə edib. **
B.Rüstəmbəyov